Avropa olimpiya ələməsinə son hazırlıq

Güləş üzrə Azərbaycan seçmələri aprelin 5-7-sində Bakıda keçiriləcək Avropa olimpiya ələməsinə hazırlığı elə paytaxtda davam etdirir. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər” martın 17-sindən təlim-məşqə başlayıb. Türkmənistan, Macarıstan və İspaniya ilə yanaşı, İtaliya, Estoniya və Bolqarıstandan bir neçə güləşçi AGF-nin təlim-məşq bazasında prosesə qatılıb.

Qadın güləşçilərimiz də həmin tarixdən etibarən sonuncu toplanışa start verib. Yaxın günlərdə Rusiya və Rumıniya kimi güclü millilərin komandamızla birgə hazırlığı gözlənilir.

“Klassiklər” ayın 22-sində eyni məkanda toplanışa başlayacaq. Almaniya, Serbiya və İspaniyanın da müvafiq komandalarının paytaxtımıza təşrif buyuracaq. Birgə toplanışa İtaliya və ABŞ-dan bir neçə güləşçinin qatılması da planlaşdırılır.

Xatırladaq ki, Avropa olimpiya təsnifatının proqramına əsasən, aprelin 5-ində yunan-Roma, aprelin 6-sında qadın, aprelin 7-sində isə sərbəst güləş üzrə mübarizə olacaq. Yarışın biletlərini iticket.az saytından və “İticket”in satış nöqtələrindən almaq mümkündür.

Həmin kateqoriyadan