Avropa olimpiya təsnifatının proqramı

Aprelin 5-dən 7-dək Bakıda güləş üzrə Avropa olimpiya təsnifat turnirinin proqramı açıqlanıb.

Allsport.az xəbər verir ki, milli gimnastika arenasında təşkil olunacaq yarışda hər çəkidə finala yüksələn idmançılar öz ölkələrinə Paris-2024 Olimpiadasına lisenziya qazandıracaq.

Dünya güləş birliyinin qəbul etdiyi qərara əsasən, final görüşləri keçirilməyəcək və yarımfinallarda qələbə qazanan güləşçilər olimpiya oyunlarına vəsiqə əldə edəcək.

Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşində 60, 67, 77, 87, 97 və 130, aprelin 6-da qadın güləşində 50, 53, 57, 62, 68 və 76, turnirin son günündə isə sərbəst güləşdə 57, 65, 74, 86, 97 və 125 kq-da mübarizə baş tutacaq.

İ-S kateqoriyalı hakimlərin idarə edəcəyi yarışın gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Aprelin 5-də 17:30-da turnirin təntənəli açılış mərasimi start götürəcək.

Həmin kateqoriyadan