«Avropa Oyunları ərəfəsində millidə zədəli voleybolçuların olmasından narahatam»

«İyunda hər 2 milli komandamızı ciddi sınaq gözləyir. Bu, Birinci Avropa Oyunlarıdır. Azərbaycanda keçiriləcək həmin mötəbər yarışlara yaxşı hazırlaşmalıyıq». Bunu allsport.az saytına açıqlamasında AVF-in 1-ci vitse-prezidneti Faiq Qarayev dedi. Mütəxəssis bildirdi ki, Bakı-2015-ə qədər qadınlardan ibarət millimiz bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayacaq:

«Bildiyiniz kimi, qadınlar voleybolçularımıza maraq böyükdür. Azarkeşlərimiz komandamızdan gözəl çıxış gözləyirlər. Bu üzdən məsuliyyətimiz ikiqat artıqdır. Avropa Oyunlarına qədər Antalyada yoxlama görüşü keçirəcəyik. Sonra qitə çempionatının final mərhələsinə seçmə matçları başlayacaq. Belarus millisi Bakıya gələcək. Onlarla oynayacağımız 2 görüş də xeyrimizə işləyəcək».

Faiq Qarayev düşündürülən məqamların olduğunu da gizlətmədi. Dedi ki, yığmada zədələ voleybolçular var: «Qadınlardan ibarət komandamızda problemlər var. Zədələri voleybolçularmız çoxdur. Kapitan Oksana Parxomenko Super Liqanın son matçında meydana çıxa bilmədi. Bakı-2015-ə qədər toparlanıb, yüksək hazırlıq vəziyyətinə gəlməliyik».

Həmin kateqoriyadan