Avropa Oyunları öncəsi növbəti sınaq

Fevralın 12-13-də İran İslam Respublikasının Kirmanşah şəhərində güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri iştirak edəcək.

Məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yollanacaq sərbəst güləş yığmamızın heyətində Pərviz İbrahimov, Etibar Hacıyev (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq), Coşqun Əzimov (65 kq), Kamran Yunusov (70 kq), Mircəfər Murtuzlu (74 kq), İbrahim Yusubov və Məhəmməd Abdulxaliqov (hər ikisi 86 kq) yer alıb.

Yunan-Roma güləşçilərimiz turnirdə məşqçilər Əfsər Namazəliyev və Fuad Rəhmaninin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Taleh Məmmədov, Orxan Əhmədov, Murad Bazarov, Sakit Quliyev (hamısı 59 kq), Azad Əliyev, Rövşən Tağıyev (hər ikisi 66 kq), Fuad Əliyev (80 kq) və Türmən Eyyubov (98 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Zakir Məmmədov ölkəmizi təmsil edəcək.

Turnirin proqramı:

12 fevral
Sərbəst – 57 kq, 61 kq, 97 kq, 125 kq
Yunan-Roma – 59 kq, 66 kq, 98 kq, 130 kq

13 fevral
Sərbəst – 65 kq, 70 kq, 74 kq, 86 kq
Yunan-Roma – 71 kq, 75 kq, 80 kq, 85 kq

Həmin kateqoriyadan