“Avropa Oyunlarında bizi bütün xalq dəstəkləyəcək”

Avropa Oyunlarında təmsil olunacaq gimnastika növlərindən biri də batut gimnastikasıdır. Allsport.az xəbər verir ki, fərdi və sinxron hərəkətlərdə Avropanın ən güclü idmançıları bu yay Bakıda çıxış edəcəklər. Bu idman növü üzrə ölkəmizi 4 cüt medal uğrunda mübarizə aparacaq 2 kişi və 2 qadın idmançı təmsil edəcək.

Ənənəyə sadiq qalaraq, Avropa Oyunlarının mümkün iştirakçılarında biri Sabina Zaytseva Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə idmana gəlişi və Avropa Oyunlarının onun üçün nə kəsb etdiyi haqda, həmçinin digər maraqlı məlumatları bölüşüb.

– Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
– Öncə bədii gimnastika seçilmişdi, lakin qardaşımın doğulması ilə əlaqədar olaraq, məni uzağa aparıb gətirmək çətinləşdi və evə yaxınlıqda bir yer seçildi. Bu isə batut üzrə məktəb oldu.

– Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
– Nənəmin bacısı doğum tarixi və günləri əsasında insan taleyini öncədən görə bilirdi. Məhz elə o, məni idmana aparmaq fikrini anama bildirmişdi. Belə söyləmişdi: “Bu qız idmançı olmalıdır. Onun doğum tarixi olimpiya tarixidir”. Buna görə də düşünürəm ki, məndə başqa idman növlərində də alınardı (gülür).

– Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
– Düzünü desəm, çox çətinliklə. Böyük təcrübəmə baxmayaraq, hər dəfə ilk günkü kimi həyəcanlanıram. Sirrlərim yoxdur, hər dəfə batutda bunu düşünürəm – “ Nə olmalıdırsa, o da olacaq, nə olmalı deyilsə, o da olmayacaq”.

– Hər hansı idman növündə vacib olan nədir?
– Xarakter. Onsuz mümkün deyil. Yalnız inadkar xarakterlə, nəticə əldə etmək olar. Öz gücünə inanan, məqsədi olan və arzuladığı şeyləri əldə etmək istəyi olan insanlar, mütləq illərlə gözlədiklərini əldə edəcəklər. Əlbəttə, əməksevərlilik də lazımdır.

– Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
– Hər idman növü özünə görə təhlükəlidir. Batutu isə komkret olaraq təhlükəli hesab etmirəm. Sadəcə, uğursuz tullanışlar ola bilər.

– İdmanda kumirin varmı?
– Kumirim yoxdur, heyran olduğum tanınmış idmançılar var. Misal üçün, Belarusdan olan biotlonçu Domraçeva Darya diqqətdən kənar qala bilməz. Öz ölkənin qəhrəmanı olmaq – baha başa gəlir.

– Yaxın gələcək üçün idman planlarından danış.
– Mən öncədən nəsə deməyi xoşlamıram, dediyim kimi nə olmalıdırsa, o da olacaq. Hazırda, mənim başlıca məqsədim Avropa Oyunlarıdır. Sonra isə vəziyyətə baxacağam. Əlbəttə, lisenziya xarakteri daşıyan Dünya Çempionatı da əhəmiyyətlidir.

– Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
– Hazırda Avropa Oyunları – 2015 mənim üçün hər şeydir – mənim yuxum, yeməyim, mənim həyatımdır. Bu oyunların əhəmiyyəti barədə düşünmədiyim bir an belə yoxdur. Bütün şəhər, bütün ölkə bu oyunlara hazırlaşır. Maqazinlərdə, digər məkanlarda bizə uğurlar arzulayırlar. Mən artıq hiss edirəm ki, bütün xalq bizi necə dəstəkləyəcək.

– İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
– Əlbəttə, onsuz mümkün deyil. Təşkilatçılıq işini çox sevirəm. Ona görə də ciddi olaraq, müxtəlif tədbirlərin təşkili ilə məşğul olacaq studiya qurmaq haqda fikirləşirəm.

– İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
– Mənim bütün həyatım idmanla bağlıdır. Bu elə mənim adi həyatımdır. Onsuz həyatı təsəvvür edə bilmirəm. Amma adi həyatla, idman fərqli anlamlardır və hər biri özünə görə gözəldir.

– Öz ailən haqda danış.
– Hər şey olduqca sadədir. Ailədə valideynlər həyatda lazım olacaq hər şeyi öz övladları üçün edirlər. Təəssüf ki, mənim valideynlərim ayrı yaşayır, lakin bu, bizim bayramları bir yerdə keçirtməyimizə mane olmur. Onlar mənim üçün qaladır.

– Sevdiyin şəxs varmı?
Onsuz olmaz. O, mənim ən yaxın adamım, ən yaxşı dostum, yardımçım və sevgim Aleksandırdır. Onunla mənim həyatımda elə hadisələr olur ki, onsuz mümkün olmazdı.

– Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
– Bu barədə düşünməmişdim. Düzünü desəm, çıxışa hazırlaşanda ətrafda baş verənləri nə görür, nə də eşidirsən.

– Onlara nə demək istərdin?
– Çox sağ olun ki, varsınız. Özünə güvən bəzən kor ola bilər, amma ətrfadıkların güvəni heç zaman.

Həmin kateqoriyadan