Avropa Oyunlarında voleybol millilərimizin rəqibləri hansı komandalardır?

İyunda paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarında milli komandalarımızın rəqibləri bilinib. Allsport.az saytı xəbər verir ki, opponnetlərimiz Avropa Voleybol Konfederasiyasının reytinq cədvəli əsasında təyin edilib.

Qadınlardan ibarət seçmə komandamız «A» qrupunda yer alacaq. Millimizin tərəf-müqabilləri İtaliya, Türkiyə, Polşa, Belçika və Rumıniyadır. «B» yarımqrupunda Rusiya, Serbiya, Almaniya, Niderland, Xorvatiya və Bolqarıstan kollektivləri mübarizə aparacaqlar.

Kişilərin rəqabətində də millimiz «A» qrupunda Serbiya, Rolşa, Fransa, Finlandiya və Türkiyə komandaları ilə birgə yarışacaq. «B» yarımqrupunda Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya yer alıblar.

Həmin kateqoriyadan