Avropa voleybol federasiyasından azərbaycanlı hakimə etimad

Avropa voleybol konfederasiyası azərbaycanlı hakim Fuad Ağayevə növbəti dəfə etimad göstərib.

Allsport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz kişi voleybolçular arasında “Challenge kuboku”nun finalında İsrailin “Makkabi” və Yunanıstanın “Olimpiakos” klubları arasında keçiriləcək ilk matça təyinat alıb. O, ikinci hakim kimi meydana çıxacaq. Görüşün əsas hakimi isə italyan Armando Simbari olacaq.

Cütün ilk oyunu bu gün İsraildə keçiriləcək.

Həmin kateqoriyadan