Avropa voleybol konfederasıyası “Xarı bülbül Şuşa”dan yazıb

Bu mövsüm Azərbaycan çempionatında debüt edəcək “Xarı bülbül Şuşa” voleybol klubu beynəlxalq federasiyanın diqqətindədir. Allsport.az saytı xəbər verir ki, Avropa voleybol konfederasıyası mədəniyyət paytaxtımızı təmsil edən klub haqqında rəsmi səhifəsində geniş məqalə yerləşdirib.

Yazıda “Odlar yurdu” Azərbaycanın voleybol idmanındakı yüksək naliyyətlərindən, vaxtilə “Rabitə” və “Azərreyl”nin qitə turnirlərində qazandığı fəxri mükafatlarından, eləcə də milli komandalarımızın Bakı-2015 ilk Avropa oyunları və 4-cü İslam həmrəyliyi oyunlarında uğurlu çıxışlarından söhbət açılır.

Bildirilir ki, “Xarı bülbül Şuşa” klununun yaradılmasında əsas məqsəd Azərbaycanda voleybolun inkişafına tövhə verməklə yanaşı, tarixi torpağımız olan Şuşanı dünya tanıtdırmaq, bu adın beynəlxalq arenada daha geniş yayılmasına nail olmaqdır. Klubun hədəflərindən, beynəlxalq səviyyəli olması istiqamətində işlərin görüldüyü qeyd olunub.

Həmin kateqoriyadan