Ayşən Abduləzimova: “Biz hər zaman azarkeşlərin dəstəyini hiss edirdik”

Qadın voleybol millisi Avropa çempionatının təsnifatında “D” qrupunda sonuncu oyunda Avsrtiyanı məğlub edərək, ardıcıl 10-cu dəfə final mərhələsinə çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, komandamızın kapitanı Ayşən Abduləzimova sevincini belə bölüşüb:

“İlk olaraq hər kəsi təbrik edirəm. Seçmə oyunları nəzər salsaq, onu deye bilərəm ki, Sloveniya ilə hər 2 görüşdə öz oyunumuz istədiyimiz kimi alınmadı. Beləliklə, həm Bakıda, həm də səfərdə məğlub olduq.

Buna baxmayaraq, sonuncu və həlledici oyunda Avstriya komandasına qalib gəldik. Bu qələbə bizə ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırdı. Bu münasibətlə bütün komanda yoldaşlarımı, məşqçilər korpusumuzu və həmişə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm.

Biz hər zaman azarkeşlərin dəstəyini hiss edirdik və çox çalışırdıq ki, qalib gələrək onlara sevinc bəxş edək. Qeyd etməliyəm ki, onlar hər zaman bizimlə oldular. Hər birinə təşəkkür edirəm”.

Həmin kateqoriyadan