Ayşən Abduləzimova: “Bu, mövsümdə 2-ci uğurumuzdur”

Millinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” klubu Macarıstan kubokuna sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, o, ölkə çempionluğunu da hədəflədiklərini deyib:

“Bu, mövsümdə 2-ci uğurumuzdur. Qələbə münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Düşünürəm ki, biz əsl komanda oyunu göstərərək bu uğura imza atdıq

“Vaşaş” hər zaman iştirak etdiyi yarışlara qalib gəlmək üçün qatılır, hər matçda ən gözəl oyun nümayiş etdirməyə çalışır. Fikrimcə, bu istək sayəsində 2 uğura yetişmişik.

İlk olaraq Orta Avropa voleybol zona assosiasiyası turnirinin qalibi olduq, indi isə Macarıstan kuboku qazandıq. Qarşıda bizi çempionat oyunları gözləyir. İnanıram ki, bu matçlarda da qələbə qazanaraq üçüncü hədəfimizə də çatacağıq”. 

Həmin kateqoriyadan