Ayşən Abduləzimova “mələklər”ə 15 xal qazandırdı, meydanda ən yaxşılardan oldu

Macarıstanın qadın voleybolçuların ölkə çempionatının 1-ci liqasında 13-cü turun görüşləri keçirilib.

Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Ayşən Abduləzimovanın çıxış etdiyi “Vasas” klubu Budapeştdə həmşəhərliləri “Uypeşt”ə qalib gəlib – 3:1 (25,18, 23:25, 25:20, 25:19).

Həmyerlimiz meydanda ən yaxşılardan olub və komandası tərəfindən təriflənib. O, 15 xal qazanıb. “Mələklər” 31 xalla “A” qrupunda öncüllüyünü qoruyur.

Həmin kateqoriyadan