- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 103
- May 11, 2026
- 0

Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova “Vaşaş” klubu ilə növbəti uğuru qazanıb. Allsport.az saytı xəbər verir ki, seçmənin blokçusu cari mövsümdə Orta Avropa voleybol zona assosiasiyası turniri və ölkə kubokunun ardınca, Macarıstan çempionu tituluna da yiyələnib.
Onun şərəfini qoruduğu klub finalda “Bekeşçaba”nı məğlub edib. Ayşənin komandası seriyanın 5-ci matçında 3:0 hesabı ilə qalib gələrək, ümumi hesabda rəqibini 3:2 qabaqlayıb. Bununla da, “Vaşaş” 7-ci dəfə Macarıstan çempionu olub.
