Ayşən Abduləzimova: Qrup 1-cisi olmaq əsas məqsəddir

Milli voleybolçumuz Ayşən Abduləzimova komandanın olimpiya ələməsinə hazırlığını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, təlim-məşqdə bir neçə yoldaşlıq görüşləri keçirəcəklərini deyib:

“Artıq 10 gündür ki, Olimpiya Təsnifat oyunlarına hazırlıqlara başlamışıq. Milli komandamızın əsas oyunçularıda məşqlərə qoşulub. Qızıl Avropa liqasında gördünüz ki, komandamızı gənc oyunçular təşkil edirdi. Avropa liqasında əsas məqsəd gənc oyunuların oyun təcrübələrinin artırılması idi. İndi isə gördüyünüz kimi bütün oyunçularmız məşqlərdə iştirak edirlər. Avqust ayında keçiriləcək təsnifat oyunlarına hazırlıq ərəfəsində bizi bir neçə yoldaşlıq görüşləri və daha güclü məşqlər gözləyir.

Təsnifat oyunlarında “D” qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz güclü komandalardır amma bizdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Doğrusu, hər zaman qarşımıza qələbə qazanmaq  məqsədi qoyulur. Yenə də qələbə qələbə qazanmaq və qrup birincisi olmaq əsas məqsəddir. Qarşıdakı oyunlarda bizi dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq”.

Həmin kateqoriyadan