Ayşən Abduləzimovadan «Lokomotiv» azarkeşlərinə xoş sözlər

Qadın voleybolçualırn Super liqasında qızıl medallara iddialı «Lokomotiv»in aparıcı oyunçusu Ayşən Abduləzimova komandasının fanatlarına xoş sözlər işlədib. Allsport.az saytı xəbər verir ki, millinin üzvü müsahibəsində, «dəmiryolçu»-fanların çox çılğın olduğunu qeyd edib:

«Keçən il «Azərreyl»də çıxış edərkən, «Loko» fanatları hər zaman oyuna gəlib öz komandalarını dəstəkləyirdi. Belədə, mən çox əsəbləşirdim. Çünki azarkeşlər matçın gedişində voleybolçulara çox güclü təsir göstərir. Həm öz pərəstiş etdiyi komandaya, həm də rəqibə.

Psixoloji cəhətdən, fanatlar rəqibə çox mənfi təsir göstərə bilir. Yəni, oyunda qalib olmağımızın müəyyən faizi prərəstişkarlarımızın sayəsində qazanılır. «Loko» fanatların dəstəyi mənə çox kömək edir və komandamıza lazımdır».

Həmin kateqoriyadan