- Baxış sayı: 74
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Macarıstanın qadın voleybolçuların ölkə çempionatının 1-ci liqasında 8-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Ayşən Abduləzimovanın çıxış etdiyi “Vasas” klubu növbəti qələbəsini qazanıb.
Paytaxtlılar rəqib meydançasında digər Budapeşt təmsilçisi “Uypeşt”i 3:0 üstələyib (25:21, 25:14, 25:16). Həmyerlimiz mübarizədə olub. “Mələklər” 19 xalla “A” qrupunda öndədir.