- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 34
- May 11, 2026
- 0

Macarıstanın qadın voleybolçuların ölkə çempionatının 1-ci liqasında 5-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Ayşən Abduləzimovanın yer aldığı Budapeştin “Vasas” klubu növbəti qələbəsini bayram edib.
Paytaxtlılar səfərdə “Bekesçabai” komandasını 3:1 üstələyib (25:22, 25:22, 30:32, 26:24). Həmyerlimiz oyunda olub. “Vasas” 13 xalla “A” qrupunda öndədir.