Ayşən Əbdüləzimova: “Hər voleybolçunun olimpiadaya qatılmaq kimi möhtəşəm arzusu var”

Ayşən Əbdüləzimova Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində millimizin uğursuz çıxış ilə bağlı sosial şəbəkə hesabında açıqlama verib. Allsport.az xəbər verir ki, o, buna görə təssüfləndiklərini deyib:

“Əziz və dəyərli dostlar, həmişə bizi dəstəkləyən azarkeşlər. Yenə bizlə olduğunuz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Yanvarın 7-də start götürən Avropa olimpiya təsnifat turniri bizim üçün bir gün sona çatdı. Hər bir voleybolçunun olmpiya oyunlarına qatılmaq kimi möhtəşəm arzusu var.

Mən və komandamız da Azərbaycanı Tokio-2020 yay olimpiya oyunlarında təmsil etmək istəyirdik. Təəssüflər olsun ki, bu dəfə nəsib olmadı. Ümid edirəm ki, növbəti olimpiya oyunlarında Azərbaycan voleybol idman növündə də təmsil olunacaq. Biz bu dəfə gedə bilməsək də, Yaponiya paytaxtına yollanacaq milli üzvlərinə uğurlar arzu edirəm”.

Azərbaycan millisi qrupda Polşa, Niderland və Bolqarıstan yığmalarına uduzub.

Həmin kateqoriyadan