RƏSMİ
Ayşən daha 1 mövsüm “Vaşaş”da

Macarıstanın “Vaşaş” voleybol klubu millimizin üzvü Ayşən Abduləzimova ilə müqavilə müddətini uzadıb. Allsport.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı oyunçu daha 1 mövsüm “mələklər”də çıxış edəcək.

Ayşən bununla bağlı fikrini bölüşüb: “Son 2 mövsüm Macarıstan çempionatının səviyyəsi qalxıb. Oyunçular uzun müddət burdadır və zaman keçdikcə daha yaxşı performans göstərirlər. Son 2 çempionatda yaxşı komandamız var idi. İnanıram ki, yeni çempionatda da vəziyyət dəyişməyəcək.

Bu komandada olduğum üçün xoşbəxtəm və “Vaşaş” ailəsinin nə olduğunu dərk edirəm. İlk günlərdər klub və azarkeşlərin mehriban münasibətini gördüm. Komanda yoldaşlarımla da yaxşı münasibətim var. Ümid edirəm ki, onlar bizi yenidən görəcək. Onların səsləri hələ də qulaqlarımdadır. Oyunların başlamasını gözləyirəm”.

Həmin kateqoriyadan