Ayşənin komandası “Qalatasaray”ı yendi, voleybolçumuz 20 xal qazandı

Millisinin voleybolçusu Ayşən Əbdüləzimovanın yer aldığı “Sarıyer bələdiyyəsi” Sultanlar liqasının 23-cü turunda rəqib meydanında “Qalatasaray”a qalib gəlib – 3:1 (25:20, 25:18, 18:25, 25:19).

Allsport.az saytı xəbər verir ki, orta sahə oyunçusu 20 xal qazanıb. O, 13 dəfə hücumda, 7 dəfə blokda fərqlənib.

İstanbul klubu 24 xalla 16 komanda arasında 12-cidir. 

Həmin kateqoriyadan