Aysel Allahverdiyeva: Əsas məqsəd kiçik yaşlı gimnastların yarış təcrübələrinin artırılmasıdır

Gimnastika federasiyası və su idmanı sarayının birgə “Aquatic Cup 2019” beynəlxalq turniri keçirir. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan komandası ilə yanaşı, turnirdə Rusiya, Qazaxıstan və Özbəkistan bədii gimnastları mübarizə aparırlar.

Ümumilikdə, turnirə 150-dən çox idmançı qatılıb. Su idmanı sarayının bədii gimnastika üzrə baş məşqçisi və yarışın baş hakimi Aysel Allahverdiyeva deyib ki, bu sınaqda bütün regionlarından gimnastlar çıxış edirlər:

“Bizim sarayda bədii gimnastika üzrə bölmə 2 ildən çoxdur ki, fəaliyyət göstərir. İdmançılarımız yerli və beynəlxalq yarışlarda iştirak edirlər. Ümid edirik ki, təmsilçilərimiz bu yarışda bizi yüksək nəticələrlə sevindirəcəklər”.

Həmin kateqoriyadan