Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm

Cari mövsümdən Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə 5 fərqli liqadan ibarət olan çempionatlarda hazırlıq işləri tamamlanıb. Allsport.az saytı xəbər verir ki, oktyabrda start götürən kişilər arasında Azərbaycan çempionatı (ABL) yüksək səviyyəsi ilə seçilir. Federasiya həvəskar və tələbə basketbolçuları da diqqətdən kənarda saxlamayıb.

Dekabrdan Həvəskar Basketbol Liqası (HBL) və Tələbə Basketbol Liqası (TBL) adları ilə keçiriləcək liqalarda müvafiq olaraq, 7 həvəskar və 8 universitet komandasının iştirakı gözlənilir. Bundan əlavə noyabrın 19-da 8 komandanın iştirakı ilə 3×3 Qadın Basketbol Liqasına (3×3 QBL) və dekabr ayında isə oğlanlar və qızlar arasında müxtəlif yaş qrupları üzrə Uşaq-Gənclər Basketbol Liqasına start veriləcək.

Azərbaycan Basketbol Liqasının oyunları “Sərhədçi” İdman Mərkəzində, digər liqaların görüşləri isə Azərbaycan Texniki və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin idman zallarında baş tutacaq.

Həmin kateqoriyadan