Azərbaycan birinciliyinə Şirvanda start verilib

Bu gün 16 yaşadək voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, Şirvan olimpiya idman kompleksində açılış mərasimi keçirilib.

Tədbirdə Şirvan şəhər icra hakimiyyətinin, Azərbaycan voleybol federasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər. İlk olaraq torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxışlar olub, bütün komandalara uğurlar arzulanıb. Daha sonra yarışda mübarizə aparan komandaların paradı baş tutub. AVF rəsmisi ölkə çempionatını açıq elan edib və dövlət himni səsləndirilib. Ardınca birinciliyin ilk 4 qarşılaşması olub:

“Murov Az Terminal-2” – “Hacıqabul” (1:2)
“Murov Az Terminal-1” – “Azərreyl” (0:2)
“Tovuz” – “Sumqayıt” (0:2)
“Gəncə” – “Milli Aviasiya Akademiyası” (2:1)

Həmin kateqoriyadan