Azərbaycan birinciliyində qaliblərin adları

16 yaşadək (U-16) voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində qaliblərin adları bəlli olub.

Allsport.az xəbər verir ki, bu gün GİN-nin voleybol mərkəzində həm qızların, həm də oğlanların final matçları keçirilib.

İlk olaraq meydana qızlardan ibarət “Azərreyl-1” və “Şərqi Zəngəzur RVK” klubları çıxıblar. Maraqlı mübarizədə keçən bu görüşdə “Azərreyl-1” rəqibini 3:0 hesabı ilə məğlub edərək birinciliyin qızıl medalını qazanıb.

Daha sonra oğlanların finalı baş tutub. Həlledici görüşdə “Azərreyl” və “Murov Az Terminal-1” klubları üz-üzə gəliblər. Bu oyunda 3:0 hesabı ilə qələbə qazanan “Murov Az Terminal-1” birinciliyin çempionu olub.

Qarşılaşmalardan sonra mükafatlandırma mərasimi və çempionatın bağlanış mərasimi keçirilib.

Həmin kateqoriyadan