- Baxış sayı: 74
- 24 İyun 2026 22:19
- Baxış sayı: 119
- İyun 25, 2026
- 0

Güləş üzrə böyüklər arasında ölkə çempionatının vaxtı müəyyənləşib.
Allsport.az xəbər verir ki, 7-11 yanvarda Bakı idman sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionlarının adları bəlli olacaq. İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.
İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi 7 yanvar 17:00-a təyin edilib.