Azərbaycan çempionatında 1-ci liqanın final tarixi bəlli olub

Allsport.az xəbər verir ki, aprelin 16-da Voleybol mərkəzində kişi voleybolçular arasında ölkə birinciliyinin 1-ci liqasında final qarşılaşması keçiriləcək. Həlledici görüşdə “Express” və “Təhsil” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanın start fiti isə saat 12:30-da çalınacaq.

Ardınca 1-ci liqa yarışlarında medal qazanan qadın və kişi komandaları mükafatlandırılacaq və çempionatın bağlanış mərasimi keçiriləcək.

Kişi voleybolçuların 1-ci Liqasının bürünc medalçısı artıq bəlli olub. “Hərbi İnstitut” həlledici matçda “Kapitalist” klubuna 3:0 hesabı ilə qalib gələrək üçüncü yerə sahib çıxıb.

Qadınların 1-ci liqasında isə finalda “Azərreyl-2”ni 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb.

1-ci Liqa (kişilər)
16 aprel
Final
12:30 “Express” – “Təhsil”
Yarışın bağlanış mərasimi

Oyunların nəticələri
1-ci liqa (kişilər)
Bürünc medal uğrunda
“Hərbi İnstitut” – “Kapitalist” 3:0 (25:21, 26:24, 25:18)

1-ci liqa (qadınlar)
Bürünc medal uğrunda
“Ryuqa” – “Murov-2” 3:2 (25:22, 23:25, 25:23, 10:25, 15:9)
Final
“Xarı bülbül” – “Azərreyl-2” 3:1 (25:22, 25:19, 15:25, 26:24)

Həmin kateqoriyadan