Azərbaycan gimnastı Macarıstanda gümüş medal qazanıb

Bakı Gimnastika Məktəbinin yetirməsi Dəniz Həşimova Macarıstanda keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirində gümüş medal qazanıb. Allsport.az saytı xəbər verir ki, Lauber Derso Arenasında təşkil olunan yarışda gimnastlar 3 yaş qrupu üzrə mübarizə aparıblar.

“Pecsi” idman klubunun təşkilatçılığı ilə keçirilən yarışda təmsilçimiz “A” kateqoriyasında çoxnövçülükdə fəxri kürsünün ikinci pilləsində yer alıb. 6 yaşlı gimnastımız qrup yarışlarında da fərqlənərək ikinci yerə sahib olub.

Samirə Səlimzadənin yetirməsi balaca Dəniz yaxın vaxtlarda Fransa, Türkiyə və Gürcüstanda beynəlxalq turnirlərdə çıxış edəcək.

Xatırladaq ki, Dilarə Həşimova martın sonlarında Serbiyada bədii gimnastika üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 5-ci “Trophy of Novi Sad–2016” beynəlxalq turnirində çoxnövçülük yarışlarının qalibi olmuşdu.

Həmin kateqoriyadan