Azərbaycan güləşdə dünya 2-cisi oldu

İtaliyanın paytaxtında yeniyetmələrin dünya çempionatında yunan-Roma güləşçilərin mübarizəyə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millimiz uğurlu çıxışı ilə yadda qalıb. 10 idmançıdan 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupunda adı çəkilən növdə ən yaxşı göstəricimizdir.

Mötəbər yarışda Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) bürünc medal qazanıblar.

Beləliklə, yığmamız 130 xal ilə komanda hesabında dünya 2-cisi olub. İran 135 xalla 1-ci, Gürcüstan 121 xalla 3-cü yer tutub. Xalların sayına bu nəticə U-17 dünya çempionatları tarixində yunan-Roma güləşimizdə yeni rekorddur.

Həmin kateqoriyadan