Azərbaycan həndbol federasiyasının keçmiş prezidenti Kamal Kəbirlinski dünyasını dəyişib

Azərbaycan tibb universitetinin “Bədən tərbiyəsi və idman” kafedrasının müdiri (“Təbib” idman klubu) Kamal Kəbirlinski dünyasını dəyişib. Allsport.az saytı xəbər verir ki, professor 85 yaşında vəfat edib.

O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub. Həndbol, üzgüçülük, basketbol, stolüstü tennis, badminton, gimnastika, voleybol və digər idman növlərindən çox sayda elmi məqaləsi dərc edilib.

Kamal Kəbirlinski 1959-cü ildə AzDBTİ-u bitirib və həmin ildən ATU-nun “Bədən tərbiyəsi” kafedrasında baş laborant işləməyə başlayıb. 1969-cu ildən kafedra müdiri vəzifəsini tutub.

Əməkdar idman ustası, Fəxri bədən tərbiyəsi və idman xadimi, SSRİ məkanında ilk dəfə həndbol üzrə elmlər namizədi dərəcəsi alıb, “Tərəqqi” medalına layiq görülüb. Uzun illər həndbol federasiyasına rəhbərlik etmiş mütəxəsiss, əslən Ağcabədi rayonundandır. O, prezident təqaüdçüsü idi.

Azərbaycan həndbol federasiyası Kamal Kəbirlinskinin ölümündən kədərləndiyini bildirir, mərhumun əzizlərinə dərin hüznlə başsağlığı verir.

Həmin kateqoriyadan