- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 26
- May 11, 2026
- 0

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Konstantin Selin Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Allsport.az xəbər verir ki, təmsilçimiz qadınlar arasında Çellenc kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyununu idarə edəcək. Belaruslu həmkarı Vladimir Kukaşinau ilə birlikdə meydana çıxacaq referi “Hapoel” (İsrail) – “Pfeffingen” (İsveçrə) matçına təyin olunub.
Görüş yanvarın 21-də İsraildəki “Green Hall” arenada keçiriləcək.