VİDEO
Azərbaycan idmanı son ümidini Yaponiyaya yola saldı

Azərbaycan idmanı son ümidini Yaponiyaya yola saldı

Bu gün güləşçilərimiz Tokio oyunlarına yollanıblar. Allsport.az saytı xəbər verir ki, hava limanında onları böyük çoşqu və ümidlə yola salıblar. Olimpiadada 5 gün arxada qalsa da, hələ də medal qazanmamağımız idman ictimaiyyətində narahatçılıq yaradıb.

XXXII oyunlarda ölkəmizi sərbəst güləşdə Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq); qadınlarda Mariya Stadnik (50 kq), Elis Monoliva (68 kq); yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) təmsil edəcəklər.

Nümayəndə heyətimiz iyulun 27-də saat 16:45-də Bakı-İstanbul-Tokio marşrutu üzrə Yaponiyaya yollanacaq. 

Həmin kateqoriyadan