Azərbaycan millisi dünya kubokunda gümüş medal qazandı

Bakı idman sarayında yunan-Roma güləşi üzrə dünya kubokuna yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə 3-cü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gəlib. Ümumi hesab 5:5 olsa da, birləşmiş komanda bir tuşe ilə qalib gəldiyi üçün, bürünc medal qazanıb.

Eyni durum finalda Azərbaycan və İran bahadırları arasında yaşanıb. Görüş 5:5 başa çatıb. Ancaq İran yığması xal hesabında millini üstələyib (20:19).

55 kq: Eldəniz Əzizli – Poya Marz – 4:1
60 kq: Nihad Məmmədli – Möhsün Nejad – 4:5
63 kq: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi – 0:8
67 kq: Həsrət Cəfərov – Danial Söhrabi – 5:1
72 kq: Ülvi Qənizadə – Məhəmmədeza Rüstəmi – 4:3

77 kq: Sənan Süleymanov – Arif Həbibullahi – 7:1
82 kq: Rafiq Hüseynov – Məhəmmədhuseyn Mahmudi – 5:1
87 kq: Murad Əhmədiyev – Əbülfəz Əli Çubani – 1:2
97 kq: Arif Niftullayev – Mehdi Balihamzadə – 2:5
130 kq: Beka Kandelaki – Əliəkbər Yusifəhmədcali – 3:6

Həmin kateqoriyadan