Azərbaycan millisinin heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Faiq Qarayev Avropa Liqasında 14 oyunçu ilə mübarizə aparmağı qərara alıb. İyunun 3-də start götürəcək yarışda Azərbaycan seçməsi Fransa, Monteneqro və İspaniya ilə birgə “B” qrupunda yer alıb.

Toppaylayıcılar: 18. Şəfaqət Həbibova, 14. Kristina Yaqubova
Blokçular: 15. Aynur Kərimova, 7. Olena Həsənova, 2. Kseniya Poznyak (Qoçigid)
Hücumçular: 10. Yana Kulan (Ağayeva), 17. Polina Rəhimova, 5. Odina Bayramova, 20. Marqarita Əzizova, 3. Anastasiya Qurbanova, 11. Yekaterina Jidkova
Liberolar: 1. Ceyran Əliyeva, 12. Valeriya Məmmədova, 16. Oksana Kselyova

 

Həmin kateqoriyadan