DÇ-2014
Azərbaycan millisinin tam heyəti müəyyənləşdi

Dünya çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti məlum olub. Alsport.az saytı xəbər verir ki, baş məşqçi Faiq Qarayev planetin ən güclülərinin yarışına yollanmazdan öncə dəvət etdiyi 4 oyunçu – Şəfaqət Həbibova, İrina Makarenko, Leyla Parşkova (hər üçü “Azərreyl”) və Ülkər Kərimovanı (“Lokomotiv”) geri qaytarıb.

Təcrübəli mütəxəssis sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada baş tutacaq turnirə 15 nəfərlik yekun heyətə zədəli Kseniya Kovalenkonun adını da daxil edib. Qeyd edək ki, Azərbaycan millisi Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba ilə “D” qrupunda yer alıb. Hazırda İtaliyada olan yığmamız dünya çempionatının startına kimi İtaliya ilə 3 yoxlama matçı da keçirəcək.

Azərbaycan millisinin heyəti: 4. Oksana Parxomenko, 14. Kristina Yaqubova, 8. Natəvan Qasımova, 2. Kseniya Kovalenko, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova, 18. Yelizaveta Səmədova, 3. Anastasiya Qurbanova, 5. Odina Əliyeva, 7. Yelena Parxomenko, 17. Polina Rəhimova, 11. Yekaterina Jidkova, 10. Yana Ağayeva, 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova.

 

 

Həmin kateqoriyadan