- Baxış sayı: 38
- 29 İyul 2026 16:42
- Baxış sayı: 31
- İyul 29, 2026
- 0

Ötən mövsüm kişilərdən ibarət ölkə çempionatının yüksək dəstəsində gümüş medal qazanan “Ordu” yeni rəqabətdə heyətini gücləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, “hərbçilər” ilk dəfə avrokubokda çıxış edəcəklər. Keçən gün libero İlqar İmamquliyev ilə anlaşmanı uzadan MOİK rəhbərliyi bu dəfə yenə gurultulu keçid edib.
Son mövsümü “B” seriyasında “Kuneo”da keçirən Rusiya əsilli italiyalı voleybolçu İvan Zayçev yeni çempionatda Azərbaycanda çıxış edəcək. O, İtaliya yüksək dəstəsində ad çıxarıb. Millidə, Rio-2016-da gümüş, London-2012 oyunlarında bürünc, Avropa çempionatı-2011-də gümüş mükafat qazanıb. 204 sm boya malik 37 yaşlı künc hücumçusu “İO ZAR” ,”Kral”, “Qladiator” təxəllüsləri ilə tanınır.