Azərbaycan Superliqasının bir neçə voleybolçusu rəmzi dünya yığmasına daxil edilə bilər

“Rabitə” komandasının üç voleybolçusu və “Lokomotiv” komandasının bir voleybolçusu rəmzi dünya yığmasına daxil edilə bilər. Allsport.az xəbər verir ki, bu mövzuda səsvermə məşhur Worldofvolley.com voleybol saytı tərəfindən təşkil edilib.

“Rabitə” komandasının tailandlı voleybolçusu Nootsara Tomkom ən yaxşı əlaqələndirici adına iddia edir. Onun komanda yoldaşı dominikanlı Brenda Kastilyo ən yaxşı libero ola bilər. Azərbaycan Superliqasının iki hücumçusu – italiyalı Valentina Ariqetti (“Lokomotiv”) və amerikalı Foluke Akinradevo (“Rabitə”) da rəmzi dünya yığmasına daxil edilə bilər.

Həmin kateqoriyadan