Azərbaycan Türkiyə voleybolçulardan Bakı-2015 məğlubiyyətinin əvəzini çıxacaqmı?

Bu gün Niderland və Belçikada qadın voleybolçuların Avropa çempionatının final mərhələsi start götürəcək. Allsport.az saytı xəbər verir ki, son illərdə yarışın daim iştirakçısı Azərbaycan millisi «B» qrupunda türkiyəli həmkarları ilə görüşəcək.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda 1-ci Avropa Oyunlarının yarımfinalında «ay-ulduzlular»la qarşılaşmışdı. Gərgin keçən oyun sonda qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.

Bizim matç Belçikada keçiriləcək. Qrupda digər görüşdə ev sahibəsi Macarıstan seçməsi ilə münasibətinə aydınlıq gətiricək. Qaydaya əsasən, qrupda ilk 2 yeri tutanlar 1/4 finala adlayacaqlar.

Həmin kateqoriyadan