- Baxış sayı: 62
- 13 Noyabr 2026 15:42
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Tokio olimpiadasında güləşçilərin çıxışı davam edir.
Allsport.az saytı xəbər verir ki, medal ümidlimiz Hacı Əliyev (65 kq) 1/8 finalda seneqallı Adama Dyattanı 4:0, 1/4 finalda qazaxıstanlı Dövlət Niyazbəyovu 9:1 üstələyib.
Olimpiya mükafatçısı, 3-qat dünya, 3-qat Avropa çempionumuz yarımfinalda hindistanlı Bayranq Bayranqla görüşüb.
Gərgin keçən tutaşmada yüksək ustalıq nümayiş etdirərək, milli komandamızdan həlledici mərhələyə çıxan ilk idmançı olub (12:5).