Azərbaycandan gələn təklifdən imtina etdiyini açıqladı

Azərbaycandan gələn təklifdən imtina etdiyini açıqladı

Azərbaycan velosiped idmanı federasiyasının istəyi baş tutmayıb. Allsport.az saytı xəbər verir ki, bunu ukraynalı qoşaçarxçı Yelena Starikovanın özü açıqlayıb. Tokio-2020-nin gümüş mükafatçısı, ölkəmizin şərəfini qorumaq təklifi alsa da, bundan imtina etdiyini söyləyib:

“Yəqin ki, hamını Azərbaycana dəvət etmişdilər. Çoxu da ora getdi. Mən buna hazır deyiləm. Ola bilsin ki, vətənpərvərəm. Başa düşürəm ki, vəziyyət o qədər də yaxşı deyil və pul da az verirlər. Amma öz ölkəmdə olmaq və çalışmaq istəyirəm. Həm də göy-sarı rəngləri çox sevirəm”.

Həmin kateqoriyadan