Azərbaycanın 2 voleybol əfsanəsi Nitsada Bakı xatirələrini bölüşdü

Azərbaycanın 2 voleybol əfsanəsi dünən Nitsada bir araya gəliblər. Bu barədə allsport.az saytına Yelena Şabovta bilgi verib. Onun sözünə görə, Viktoriya Ravva ilə keçmişi xatırlayıblar. Şirin söhbətdə Bakı da yaddan çıxmayıb. Çünki hər şey məhz Azərbaycandan başlayıb.

“Bizim birgə çox tarixçəmiz var” deyən ünlü idmançı karantini Fransada keçirir. Hər 2 voleybol adamı Kann şəhərində yaşayır, amma Şabovta Türkiyə ilə də əlaqəsini kəsmir.

Adı çəkilənlər millimizlə Braziliyada keçirilmiş dünya çempionatı-1994-də iştirak ediblər. Komandamız 9-cu yer tutub. Qızlarımızın həmin dönəmdə Türkiyə klublarında legionçu həyatı yaşayırdılar. Voleybolumuzun dirçəliş dönəmində Yelena «Azərreyl» üçün çalışıb. 2004-05 mövsümündə «Kann»da artıq keçmiş komanda yoldaşı Viktoriya ilə birgə oynayıb.

Həmin kateqoriyadan