Azərbaycanın akrobatları Belçikada qızıl medal qazanıb

Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə “Flanders International Acro Cup”da Murad Rəfiyev-Daniel Abbasov (11-16 yaş) cütlüyü uğurla çıxış edərək qızıl medal qazanıb. Allsport.az aytı xəbər verir ki, onlar temp hərəkətlərinə görə finalda 26,800 xal toplayıblar.

Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlidən ibarət qız qrupumuz yeniyetmələrin final yarışlarında 12-ci yeri tutublar.

Belçikada ilin ilk dünya kubokunda Seymur Cəfərov-Murad Əkbərov cütlüyü və Abdulla Əl-Məşayxi-Ruhidil Qurbanlı qarışıq cütlüyü 7-ci olublar.

Moskvada bədii gimnastika üzrə qran-pridə Zöhrə Ağamirova çoxnövçülükdə 53,000 xal toplayaraq 22-ci yerə çıxıb.

Xatırladaq ki, Rusiya paytaxtında keçirilmiş və yeniyetmələrin yay olimpiya oyunlarına təsnifat yarışında Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə lisenziya qazanıb.

Həmin kateqoriyadan