Daha bir güləşçimiz medal qazanıb

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Allsport.az xəbər verir ki, 92 kq çəki dərəcəsinə təsadüf edən qarşılaşmada rəqib Belarus təmsilçisi Ömərhacı Məhəmmədov olub.
Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb – 2:0.

Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Öncə əvvəl Əbubəkr Abakarov (86 kq) da bürünc medala yiyələnib.

Həmin kateqoriyadan