Azərbaycan voleybol klublarının oyunlarının vaxtı və məkanı müəyyənləşib

Qadın voleybol komandaları arasında Avropa Çempionlar Liqası yarışlarının 2015/2016 mövsümünün təqvimi və məkanı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində iştirak edəcək Azərbaycan klubları rəqiblərini müxtəlif məkanlarda qəbul edəcəklər. “A” qrupunda yer alan “Azərreyl”lə “Lokomotiv” Azərbaycan Voleybol Mərkəzində, “E” qrupunda çıxış edəcək “Telekom” isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynayacaq.

Qrup mərhələsinin tam təqviminə görə “A” qrupunda oktyabrın 28-də “Azərreyl” (Azərbaycan) –“Ştutqart” (Almaniya) oyunu Bakıda Azərbaycan Voleybol Mərkəzində, “Dinamo” (Rusiya, Kazan) – “Lokomotiv” (Azərbaycan) görüşü isə Kazanda “Sankt-Peterburq Sarayı”nda keçiriləcək.

Oktyabrın 29-da “E” qrupunda “Telekom” (Azərbaycan) – “İmpel” (Polşa) qarşılaşması Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil ediləcək.

Noyabrın 11-də “A” qrupunda “Lokomotiv” (Azərbaycan) -“Azərreyl” (Azərbaycan) komandaları Bakıda Azərbaycan Voleybol Mərkəzində, “E” qrupunda “Fənərbağça” (Türkiyə) – “Telekom” (Azərbaycan) isə İstanbulda “Burhan Fələk” voleybol salonunda üz-üzə gələcəklər.

“A” qrupunda noyabrın 25-də Bakıda Voleybol Mərkəzində “Lokomotiv” (Azərbaycan) – “Ştutqart” (Almaniya) görüşü, “E” qrupunda Drezdnerdə “Marqon Arena”da “Dresdner” (Almaniya) – “Telekom” (Azərbaycan) qarşılaşması oynanılacaq.

Noyabrın 26-da “A” qrupunda “Dinamo” (Rusiya, Kazan) – “Azərreyl” (Azərbaycan) klubları arasındakı matç Kazanda “Sankt-Peterburq Sarayı”nda keçiriləcək.

Dekabrın 9-da “A” qrupunda Ştutqart şəhərindəki “ŞARRena”da “Ştutqart” (Almaniya) – “Lokomotiv” (Azərbaycan) oyunu, Azərbaycan Voleybol Mərkəzində isə “Azərreyl” (Azərbaycan) -“Dinamo” (Rusiya, Kazan) görüşü təşkil ediləcək.

“E” qrupunda dekabrın 10-da Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Telekom” (Azərbaycan) – “Dresdner” kollektivləri (Almaniya) qarşılaşacaqlar.

Yanvarın 19-da “A” qrupunda Bakıda Azərbaycan Voleybol Mərkəzində “Lokomotiv” (Azərbaycan) -“Azərreyl” (Azərbaycan), 21-də isə “E” qrupunda Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Telekom” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) komandaları güclərini sınayacaqlar.

Yanvarın 27-də Bakıda Azərbaycan Voleybol Mərkəzində “A” qrupunda “Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) və Ştutqartdakı “ŞARRena”da “Ştutqart” (Almaniya) – “Azərreyl” (Azərbaycan) görüşləri keçiriləcək. Həmin gün “E” qrupunda isə Vrotslavda “Orbita” sarayında “İmpel” (Polşa) – “Telekom” (Azərbaycan) arasında sonuncu oyun baş tutacaq.

Həmin kateqoriyadan