Azərbaycanlı hakim “Munisipal” – “Lozanna” oyununda ədaləti qoruyacaq

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Allsport.az xəbər verir ki, həmyerlimiz kişi komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Munisipal” (Rumıniya) – “Lozanna” (İsveçrə) matçında ədaləti qoruyacaq.

F.Axundov Rumıniyanın Zalau şəhərində keçiriləcək qarşılaşmada ikinci hakim funksiyasını yerinə yetirəcək. Oyunun əsas referisi yunanıstanlı Aleksandros Milonakis təyin edilib. Görüş dekabrın 16-da keçiriləcək.

Qeyd edək ki, komandalar arasında ilk matçda Rumıniya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan