Azərbaycanlı əlaqələndirici “Qalatasaray”ın oyununda

Azərbaycanlı əlaqələndirici “Qalatasaray”ın oyununda

Avropa voleybol konfederasiyası Azərbaycan voleybol federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

Allsport.az xəbər verir ki, həmyerlimiz kişilər arasında Çelenc kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasına supervayzer təyin edilib.

O, yanvarın 17-də İstanbulda “Qalatasaray” (Türkiyə) – “Fonte Bastardo” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşü bolqarıstanlı İvan Momirov və italiyalı Miçele Brunelli idarə edəcəklər.

Həmin kateqoriyadan