Azərbaycanlı mütəxəssis İBSA-nın idarə heyətinə seçilib

Beynəlxalq görmə məhdudiyyətli şəxslərin idman assosiasiyasının cüdo üzrə idarə heyətinin yeni tərkibi təsdiqlənib.

Allsport.az saytı xəbər verir ki, milli paralimpiya komitəsinin cüdo üzrə nailiyyətlərini, Asiya və Avropa regionu üzrə nüfuzunu nəzərə alaraq, yeni heyətdə Avropa üzrə koordinator vəzifəsi “Neftçi” idman klubunun baş meneceri Elmar Babanlıya həvalə edilib.

İBSA-nın vitse-prezidenti İlqar Rəhimov cüdo komitəsinin yeni tərkibinə məktub ünvanlayaraq uğurlar arzulayıb və E.Babanlıyla göstərilmiş etimada görə təşəkkürünü bildirib.

Həmin kateqoriyadan