- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Ölkəmizi avrokubokda təmsil edən qadınlardan ibarət “Azərreyl” voleybol klubu Çelenc kubokunun 1/16 final mərhələsinə yüksəlib.
Allsport.az saytı xəbər verir ki, komandamız 1/32 finalda Slovakiya “Slaviya”sını 3:1 və 3:0 hesabları ilə məğlub edib. Növbəti mərhələdə rəqib Almaniyanın “VfB SUHL Thüringen” klubu olacaq.
İlk oyun dekabrın 20-də rəqib meydanında baş tutacaq.
Foto: İslam Atakişiyev