“Azərreyl” cavab matçında da üstün oldu

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış kubokunun 2-ci təsnifat mərhələsində bu gün 2-ci matcına çıxıb. Allsport.az saytı xəbər verir ki,  “yolçəkənlər” Bakıda Avstriyanın “İnsbruk” klubunu qəbul edib İlk matçda Vüqar Əliyevin komandası rəqibini 3:0 (25:10, 25:16, 25:18) hesabı ilə məğlub edib. Bu oyunda da “Azərreyl” çətinlik çəkmədən qələbəyə sevinib.

Çağırış kuboku, 2-ci təsnifat mərhələsi
12 noyabr. Cavab oyunu

“Azərreyl” (Azərbaycan) – “İnsbruk” (Avstriya) – 3:0 (25:17, 25:15, 25:15)
İlk oyun – 3:0 (25:10, 25:16, 25:18)

Həmin kateqoriyadan