“Azərreyl” Avropa Çempionlar Liqasında hansı voleybolçularla çıxış edəcək?

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Avropa Çempionlar Liqasında iştirak ərizəsini təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Bülənt Qarslıoğlu 13 oyunçunun xidmətindən istifadə edəcək.

“Ağ-göylər”in heyətində toppaylayıcılar Nutsara Tomkom (Tailand), Natalia Valentin (Puerto-Riko), Anastasiya Muzika (Azərbaycan), hücumçular Hali Ekerman, Madison Kinqdon (hər ikisi – ABŞ), Fatu Diuk (Seneqal), Nisəxanım Həzrətli, Odina Bayramova, Nikalina Başnakova, blokçular Kseniya Poznyak (hamısı – Azərbaycan), Cessika Cons (ABŞ), liberolar Valeriya Məmmədova (Azərbaycan) və Vanna Buakeva (Tailand) yer alıblar.

“Azərreyl” Çempionlar Liqasında “Lokomotiv” (Azərbaycan), “Dinamo” (Kazan, Rusiya) və “Ştutqart” (Almaniya) komandaları ilə birlikdə “A” qrupunda mübarizə aparacaq.

Həmin kateqoriyadan