“Azərreyl” Azərbaycan birinciliyinə 4 komanda ilə qatılacaq

Dekabrın 23-də 16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyi start götürəcək.

Allsport.az xəbər verir ki, yarışda 18 komanda iştirak edəcək.

Reqlamentə əsasən, komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.

Birincilikdə qruplar üzrə aşağıdakı kimidir:

A qrupu: “Ryuga”, “Aura”, “Azərreyl-1”, “Azərreyl-3”, “Xarı Bülbül-2”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.
B qrupu: “Azərreyl-2”, “Azərreyl-4”, “Xarı Bülbül-1”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin klubu”, “Xəzri”, “Zəngəzur”, “Bakı klubu”.

Oyunlar
23 dekabr
A qrupu
11:00. “Azərreyl-3” – “Azərreyl-1” (AVF-nin idman zalı)
24 dekabr
10:00. “Aura” – “Lokomotiv” (AVF-nin idman zalı)
11:00. “Xarı Bülbül-2” – “Sumqayıt” (UNEC-in idman zalı)
11:30. “Abşeron” – “Milli Aviasiya Akademiyası” (AVF-nin idman zalı)

B qrupu
12:30. “Murov Az Terminal” – “Bakı klubu” (UNEC-in idman zalı)
13:00. “Azərreyl-4” – “Xarı Bülbül-1” (AVF-nin idman zalı)
14:00. “Zəngəzur” – “Dinamo” (UNEC-in idman zalı)

Həmin kateqoriyadan