“Azərreyl” Belçikada oyuna “Bir azərbaycanlı” milli idman geyimi ilə çıxıb

“Azərreyl” Belçikada oyuna “Bir azərbaycanlı” milli idman geyimi ilə çıxıb

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış kubokunda ilk görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” 1/16 finalda Belçikada yerli “Hermes”lə qarşılaşıb.

Matç rəqibin 3:0 qələbəsi ilə bitib. Komandamız mübarizəyə 1-ci dəfə olaraq ilk milli idman brendi “İl’Azero” (“Bir azərbaycanlı”) ilə çıxıb. Cavab oyunu da Oostendedə keçiriləcək.

Həmin kateqoriyadan